Bu gün UEFA Çempionlar Liqasının iki yarımfinalçısı məlum olacaq

A- A A+

Bu gün UEFA Çempionlar Liqasında dörddəbir final mərhələsinin cavab oyunlarına start veriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

İngiltərənin “Çelsi” klubu koronavirus pandemiyası səbəbindən Portuqaliyanın “Portu” komandasını İspaniyadakı “Ramon Sançes Pisxuan” stadionunda qəbul edəcək. London təmsilçisi bu arenadakı ilk görüşdə rəqibini 2:0 hesabı ilə üstələyib. “Zadəganlar”ın heyətində zədəli olan Andreas Kristensen və Tyaqo Silvanın durumuna oyundan əvvəl aydınlıq gələcək. “Portu” klubunda isə itki yoxdur.

Günün maraqla gözlənilən matçı Fransada keçiriləcək. Almaniyada turnirin son qalibi “Bavariya”nı 3:2 hesabı ilə üstələmiş “Paris Sen-Jermen” yarımfinala vəsiqə üçün hətta heç-heçə və 2:1 hesablı məğlubiyyətlər də qane edir. Paris təmsilçisində Mauro İkardi, Münxen klubunda isə Niklas Süle, Duqlas Kosta, Korentin Tolisso, Serj Qnabri və Robert Levandovski zədəlidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: