Azərbaycan boksçusu Əli Zamanov Polşanın Keltse şəhərində gənclər arasında keçirilən dünya birinciliyində ilk görüşünə çıxıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, 52 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda Ermənistan təmsilçisi Ruben Qarboyanla üz-üzə gəlib.
Rəqibinə 3:0 hesabı ilə qalib gələn Zamanov 1/8 finala yüksəlib. O, növbəti raundda tailandlı Tanakon Aonyaemlə qarşılaşacaq. Bu görüş aprelin 15-də baş tutacaq.
Qeyd edək ki, dünya çempionatına aprelin 24-də yekun vurulacaq. Azərbaycan yarışda 9 kişi boksçu ilə təmsil olunur.