Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda sonuncu oyununu keçirib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı İdman Sarayında keçirilən qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gələn millimiz 4:0 hesablı qələbə qazanıb.
Panagiotis Gousisin avtoqol müəllifi olduğu oyunda millimizin digər qollarını Fineo, İsa Atayev və Ramiz Çovdarov vurublar.
Qeyd edək ki, aktivində 16 xalı olan millimiz 3-cü qrupun lideridir və gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib. İndiyədək millimiz 5 dəfə (2010-cu, 2012-ci, 2014-cü, 2016-cı və 2018-ci illərdə) qitə birinciliyinin həlledici mərhələsində iştirak edib.