Aprelin 16-da Monteneqronun Nikşiç şəhərində şahmat üzrə “Vladimir Bato Kontiç” memorialı start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı da mübarizə aparacaq.
Turnir İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.
Yarışda 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edəcək.