Avropa Olimpiya təsnifat turnirində 3 taekvondoçumuz iştirak edəcək

A- A A+

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Avropa Olimpiya təsnifat turniri start götürəcək.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, komandamızı yarışda 3 idmançı təmsil edəcək. Belə ki, qadınların yarışında Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) qüvvələrini sınayacaqlar. Kişilərin mübarizəsində isə Avropa, dünya və Olimpiya çempionu Radik İsayev (80 kiloqramdan yuxarı) mübarizə aparacaq.

Turnir 3 gün davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: