Beynəlxalq usta Talıb Babayev muxtar respublika məktəbliləri üçün şahmat üzrə interaktiv dərs keçib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Şahmat Federasiyasının təşkilatçılığı ilə bu gün növbəti interaktiv şahmat dərsi təşkil olunub. Beynəlxalq usta Talıb Babayev “İtalyan partiyasına aid oyunların təhlili” və “Yarışların keçirilməsi haqqında” mövzularda keçdiyi dərsə 200-dən çox ümumtəhsil məktəbi qoşulub. Dərsdə şagirdlərə italyan partiyasına aid oyunlarla bağlı ətraflı məlumat verilib, 2 gedişli mata aid məsələlər həll edilib və ev tapşırığı verilib.

Onlayn qaydada tədris edilən dərs muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün saat 11:00-da, şahmat fənnini tədris edən müəllimlər üçün saat 12:00-da, şahmat məktəbləri üçün isə saat 15:00-da başlayıb.

Saat 15:00-da Şahmat məktəbləri ilə keçirilən dərsi Bakıdan dəvət olunmuş beynəlxalq usta, qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı Fikrət Sideifzadə aparıb. “Etüd həlli” mövzusunda keçirilən dərsdə etüd haqqında geniş izahat verilib. Eyni zamanda dərsdə muxtar respublika şahmatçılarının oyunları təhlil edilib, şahmatçıları maraqlandıran suallar cavablandırılıb. 

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: