Mayın 7-9-da kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin “F” qrupunun birinci dövrəsində mübarizə aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, voleybolçularımız Monteneqro, Gürcüstan və Yunanıstan komandaları ilə qarşılaşacaqlar. Millimizin yer aldığı qrupun oyunları Türkiyə, Ukrayna, Rusiya və Bolqarıstandan olan hakimlərə tapşırılıb.
Mayın 7-də keçiriləcək Azərbaycan–Monteneqro oyununun baş hakimi bolqarıstanlı Dobromir Dobrev olacaq. Ona türkiyəli Erdal Akıncı kömək edəcək. Ertəsi gün Gürcüstan ilə qarşılaşacaq millimizin oyununda ədaləti E.Akıncı qoruyacaq. İkinci hakim funksiyasını Vladimir Oleynik (Rusiya) yerinə yetirəcək. Mayın 9-da təşkil olunacaq Yunanıstan–Azərbaycan oyununda da D.Dobrev baş hakim olacaq. Görüşün digər hakimi isə ukraynalı Mixail Medveddir.
Birinci dövrənin oyunlarına Gürcüstan ev sahibliyi edəcək.