Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıb

A- A A+

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatında cüdoçularımız mübarizəyə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Tokio-2020”yə lisenziya xarakterli yarışın birinci günündə 3 idmançımız tatamiyə çıxacaq. Kişilər arasında Kəramət Hüseynov (60 kq) moldovalı Nikolae Foca, Orxan Səfərov israilli Amit Boboviç, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) isə slovakiyalı Matej Poliak ilə üz-üzə gələcəklər.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: