UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada Fransanın PSJ klubunun hücumçusu Neymar layiq görülüb.
29 yaşlı forvard evdə Almaniyanın "Bavariya" komandasına 0:1 hesabı ilə uduzduqları matçda qapıya 3 dəqiq zərbə endirib.
Qeyd edək ki, ilk görüşdə 3:2 hesablı qələbə qazanan PSJ yarımfinala yüksəlib. Paris klubu final yolunda İngiltərənin "Mançester Siti" klubu ilə üz-üzə gələcək.