İdmançılar Ağbulaqda istirahət ediblər - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən  NUHÇIXAN-a verilən məlumata görə, iyulun 30-dan avqustun 2-dək  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Həmkarlar İttifaqları Şurası, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının iştirakı ilə idman federasiyaları üzvlərinin “Yay məktəbi” təşkil olunub.  Ağbulaq İstirahət Mərkəzində təşkil olunan “Yay Məktəbi”nin  növbəti qonaqları Kikboksinq, Güləş, Yüngül Atletika, Şahmat, Futbol və Karate-do federasiyaları idmançıları olub.

Yay məktəbi çərçivəsində idmançılar müxtəlif idman növləri ilə məşğul olub,  aprel döyüşlərindən və şəhid leytenant Qabil Orucəliyevdən bəhs edən sənədli və bədii filmlərə baxıblar. Şahbuz Rayon Mədəniyyət Şöbəsinin musiqiçiləri konsert proqramı ilə çıxış edib.  İdmançılar  Ağbulaq kəndini və “Şəfa” bulağını gəzib.

Qeyd edək ki, növbəti “Yay məktəbi”  4-7 avqust 2018-ci il tarixlərdə Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri üçün təşkil olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: