Cüdoçumuz Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq

A- A A+

Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatında Azərbaycan cüdoçusu Kəramət Hüseynov bürünc medal uğrunda mübarizə aparacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz təsəlliverici görüşdə italiyalı Anjelo Pantanonu məğlub edərək üçüncü yer uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Onun bu mərhələdə rəqibi Bolqarıstan təmsilçisi Yanislav Qerçev olacaq.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: