Monteneqronun Nikşiç şəhərində start götürən şahmat üzrə “Vladimir Bato Kontiç” memorialının ilk turunun oyunları keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Aydın Süleymanlı yarışa qələbə ilə başlayıb. Şahmatçımız birinci turda rəqibi yerli idmançı Aleksandar Tomici məğlub edərək aktivinə birinci xalı yazdırıb.
Yarış İsveçrə sistemi üzrə keçirilir və 9 turdan ibarətdir. Turnirdə 6-sı qrossmeyster olmaqla, 20 şahmatçı iştirak edir.