Aprelin 16-da futbol üzrə Türkiyə çempionatının XXXV turu çərçivəsində keçirilən qarşılaşmada “Beşiktaş” doğma meydanda “Ankaragücü”nü qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.
Günün digər qarşılaşmasında "Rizəspor" səfərdə "Antalyaspor"u 3:2 hesabı ilə məğlub edib. "Sivasspor" öz meydanında "Gənclərbirliyi"ni 3:2 udub. "Konyaspor" - "Kayserispor" matçında isə qapılara qol vurulmayıb.
Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 71 xalla “Beşiktaş” başçılıq edir. İkinci pillədə 66 xal toplayan “Fənərbağça”, üçüncü pillədə isə 62 xala malik olan “Qalatasaray" qərarlaşıb.
Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır.