İspaniyanın “Sevilya” klubunun italyan baş məşqçisi Vinçenso Montella vəzifəsindən kənarlaşdırılıb.
NUHÇIXAN xəbər verir ki, komandanın rəsmi saytında yerləşdirilən məlumata görə, Montella baş məşqçi təyin edildikdən dörd ay sonra vəzifədən azad edilib.
“Sevilya” italiyalı mütəxəssisin rəhbərliyi ilə son qələbəsini martın 13-də qazanıb. O vaxtdan bəri keçirilən 9 oyunda qələbəyə həsrət qalan İspaniya komandası bu görüşlərin 5-də meydançanı məğlubiyyətlə tərk edib. Ötən şənbə günü sevilyalılar İspaniya kubokunun finalında “Barselona”ya uduzublar.
Mövsümün sonunadək komandaya Xoakin Kaparros rəhbərlik edəcək.