Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Fikrət Sideifzadə Sədərək şahmatçılarına ustad dərsi keçdi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Sədərək rayonunda şahmatçılara beynəlxalq usta, beynəlxalq hakim və Azərbaycanın qadınlardan ibarət yığmasının baş məşqçisi Fikrət Sideifzadə tərəfindən ustad dərsi keçirilib.
Keçirilən dərs Şahmat Federasiyasının rayon bölməsinin, Təhsil şöbəsinin və Uşaq-Gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb. Beynəlxalq usta Fikrət Sideifzadə 24 şahmatçıya mövzu ilə bağlı faydalı məsləhətlərini verib. Sonra dərəcəli şahmatçılarla debütlərin prinsipləri və sonluq strategiyaları ilə bağlı oyunlar təhlil olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Beynəlxalq usta Fikrət Sideifzadə və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının müəllimi Beynəlxalq Qrossmeyster Urfan Sevdimaliyev rayonun dərəcəli şahmatçıları ilə seans oyunu keçiriblər.
Əli İbrahimbəyli