Polşanın paytaxtı Varşavada keçirilən güləş üzrə Avropa çempionatında 4 sərbəst güləşçimiz yarımfinalda mübarizə aparacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Rəşad Yusiflidən (79 kq) sonra Turan Bayramov (70 kq) da yarımfinala vəsiqə qazanıb. Belə ki, güləşçimiz Nikolae Koyokaru (Böyük Britaniya) və türkiyəli Haydar Yavuzdan üstün olub. Güləşçimizin növbəti rəqibi Ukrayna idmançısı İqor Nikiforuk olacaq.
Ə.Xaşalov yarımfinalda Naçın Monquş (Rusiya), Ə.Rəhimzadə rusiyalı Zaqir Şaxiyev, R.Yusifli isə Fransa güləşçisi Sayfedin Alexma ilə qarşılaşacaqlar.