UEFA aprelin 23-də Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək

A- A A+

UEFA aprelin 23-də futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin yekun siyahısını təsdiqləyəcək.

NUHÇIXAN İnformasiya Agentliyi  “France-Press” agentliyinə istinadla xəbər verir ki, bunu UEFA prezidenti Aleksander Çeferin bildirib.

O, son qərarın həftənin beşinci günü, ev sahibliyindən kənarlaşdırılmaq ehtimalı olan 3 şəhərlə məsləhətləşmədən sonra veriləcəyini vurğulayıb.

Qeyd edək ki, Avropa çempionatının “A” qrupunun İsveçrə-Uels, Türkiyə-Uels və Türkiyə-İsveçrə oyunlarına, həmçinin dörddəbir final mərhələsinin bir matçına Bakı Olimpiya Stadionu ev sahibliyi edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: