İki sərbəst güləşçimiz Avropa çempionatında təsəlliverici görüşdə iştirak hüququ qazanıb

A- A A+

İki sərbəst güləşçimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında təsəlliverici görüşdə iştirak hüququ qazanıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimizin üzvü Əhmədnəbi Qvarzatilov (61 kq) startda Almaniya güləşçisi Viktor Lizenə vaxtından əvvəl qalib gəlib. Dörddəbir final mərhələsinə yüksələn güləşçimiz ukraynalı Andrey Celepə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Ə.Qvarzatilov təsəlliverici görüşdə iştirak edəcək. Onun rəqibi Vladimir Yeqorov (Şimali Makedoniya) olacaq.

Güləşçimiz Hacımurad Məhəmmədsəidov (86 kq) səkkizdəbir finalda ikiqat Avropa çempionu və dünya üçüncüsü Artur Nayfonova məğlub olub. Rəqibin finala yüksəlməsi güləşçimizin təsəlliverici görüşdə iştirak etməsi üçün imkan yaradıb. H.Məhəmmədsəidov San-Marino təmsilçisi Nazim Aminə qalib gələcəyi təqdirdə bürünc medal uğrunda mübarizə aparacaq.

Hər iki güləşçimiz xalça üzərinə aprelin 21-də çıxacaq.

Qeyd edək ki, bu gün millimizin üzvlərindən Turan Bayramov (70 kq) qızıl, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq), Rəşad Yusifli (79 kq) və Şamil Zubairov (97 kq) bürünc medal uğrunda xalça üzərinə çıxacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: