Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində komandamız bürünc medal qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarımfinalda Azərbaycan millisinin üzvü Nicat Hüseynov rusiyalı Robert Bədəlyanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb. Nəticədə N.Hüseynov dünya birinciliyini üçüncü yerdə başa vurub.
Qeyd edək ki, mundialda Azərbaycanı 9 boksçu təmsil edib.