Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, milli komandamızın üzvü Turan Bayramov (70 kq) səkkizdəbir finalda Böyük Britaniya təmsilçisini çətinlik çəkmədən üstələyib. Türkiyə güləşçisi ilə qarşılaşma gərgin idman mübarizəsi şəraitində keçib. T.Bayramov hesabda 3:2 öndə olarkən rəqib zədələndiyi üçün görüş saxlanılıb və həmyerlimiz yarımfinala yüksəlib. Böyüklərin Avropa çempionatında debüt edən güləşçimiz ukraynalı rəqibinə də gücünü göstərərək finalda iştirak hüququ qazanıb. Həlledici görüşdə sərbəst güləşçimiz rusiyalı rəqibinə məğlub olub və qitə birinciliyinin gümüş medalı ilə kifayətlənib.