Sərbəst güləş üzrə Azərbaycan millisi Avropa çempionatında növbəti medalını qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Polşanın paytaxtı Varşavada təşkil olunan çempionatda 65 kiloqram çəki dərəcəsində mübarizə aparan Əli Rəhimzadə startda erməni güləşçini məğlub edib. Gürcüstan təmsilçisini də oyundan kənarlaşdıran Ə.Rəhimzadə adını yarımfinala yazdırıb. Bu mərhələdə Rusiya güləşçisi ilə görüş olduqca maraqlı alınıb. Ə.Rəhimzadə hesabda 4:0 öndə olsa da, ikinci hissədə təşəbbüsü əldən verib və finala çıxa bilməyib.
Güləşçimiz üçüncü yer uğrunda görüşdə Andrey Sviridi (Ukrayna) məğlub edib və ardıcıl ikinci dəfə Avropa çempionatının bürünc medalına sahib çıxıb.