Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın üçüncü günündə - aprelin 21-də qadın güləşçilər mübarizəyə qoşulacaqlar.
Güləşçilərimizdən Mariya Stadnik (50 kq) Yekaterina Poleşçuk (Rusiya), Elis Manolova (68 kq) isveçli Tindra Syoeberq (İsveç), Səbirə Əliyeva (76 kq) isə Estoniya idmançısı Epp Maee ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) isə bürünc medala sahib olublar.