III Avropa Oyunları: Velosiped idmanının iki növü proqrama daxil edildi

A- A A+

2023-сü ildə Polşanın Krakov və Malopolye şəhərlərində keçiriləcək III Avropa Oyunlarının proqramına daha bir idman növünün daxil edilməsi təsdiqlənib.

NUHÇIXAN İnformasiya Agentliyi Avropa Olimpiya Komitəsinin (EOC) rəsmi saytına istinadən xəbər verir ki, velosipedin dağ və BMX fristayl növləri proqramda yer alıb.

Bu növlərdən dağ velosipedçiliyi "Bakı 2015" I Avropa Oyunlarının proqramında da olub.

Polşadakı hər iki yarış həm də Avropa çempionatı statusu daşıyacaq.

Qeyd edək ki, III Avropa Oyunlarının 9 - 25 iyun 2023-cü ildə təşkili nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: