Gənclərdən növbəti aksiya: “Ətraf mühitin çirklənməsinə yox” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə könüllü gənclər 22 aprel Beynəlxalq Yer Kürəsi Günü münasibətilə “Ətraf mühitin çirklənməsinə yox” devizi altında təmizlik aksiyası keçirib. Aksiyaya Heydər Əliyev Su Anbarının ətrafında start verilib.

Tədbirdə vurğulanıb ki, mütəmadi olaraq təşkil olunan təmizlik aksiyaları gənclərin bu sahə üzrə maariflənməsinə, onların  ekoloji biliklərinin artırılmasına xidmət etməklə yanaşı muxtar respublikada yaşıllıqların çoxalmasına, ekoloji tarazlığın qorunmasına töhfə verir.

Sonra aksiya iştirakçıları zəruri sanitar ləvazimatları ilə təmin olunublar. 70 gəncin  iştirak etdiyi aksiya vasitəsilə su anbarının  ətrafı məişət tullantılarından təmizlənib, səliqə-sahman yaradılıb.

Gün ərzində aksiya Naxçıvan şəhərində salınmış “Könüllülər bağı”nda davam etdirilib

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: