Muxtar respublika idmançıları iyul ayında 13 medal qazanıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar “Gənclik” Mərkəzində “Hünər” XII Vətənpərvərlik Mahnıları Festivalının seçim, final mərhələləri və qaliblərin mükafatlandırılması mərasimi, Naxçıvan şəhərindəki mərkəzi meydanda Bakışəhərindən dəvət olunmuş müğənnilərin ifasında konsert proqramı keçirilib.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan gənclərin Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunmuş, Naxçıvan şəhərindəki “Zirvə” Kitab Evində “Kitablar tozlanmasın” devizi altında yeni layihəyə start verilib. İyul ayında Kəngərli rayon mərkəzi stadionu yenidən qurularaq istifadəyə verilib, muxtar respublikanın gənclərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birinciliklərinin açılışı olub. Bu dövrdə idmançılarımız muxtar respublika birinciliklərində 4, Avropa birinciliklərində 3, ölkə birinciliklərində 3, beynəlxalq turnirlərdə 3 olmaqla, 13 medal qazanıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: