Gənclərin iştirakı ilə “Tarixə ekskursiya” layihəsi çərçivəsində intellektual yarışma keçirilib. - FOTOLAR

A- A A+

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin proqramına əsasən Azərbaycanın digər bölgələrindən olan və muxtar respublikada təhsil alan tələbələr üçün muzey gəzintisi təşkil olunub. Ardınca isə onlar “Nə? Harada? Nə zaman?” İntellektual Oyununda iştirak ediblər. Oyun üçün tərtib olunan suallar məhz, ekskursiyalarda verilən məlumatlarla bağlı olub.

Naxçıvan Tibb Kollecində təşkil olunan intellektual yarışında ali və orta ixtisas təhsili müəssisələrini təmsil edən 5 komanda mübarizə aparıb. Hər komandanın heyətində 5 oyunçu olub. 2 turdan ibarət yarışda mövzu ilə bağlı 24 sual səsləndirilib. Oyunda topladıqları xal və ümumi reytinq göstəricisi bərabər olduğundan üstünlüyə malik iki komanda üçün daha bir neçə sual əlavə olunub. Nəticədə Naxçıvan Dövlət Universitetinin “Qarabağ” komandası ümumi hesabda önə keçərək qalib gələn tərəf olub. Naxçıvan Universitetinin “İstiqlal” və Naxçıvan Texniki Kollecinin “Zirvə” komandaları müvafiq olaraq ikinci, üçüncü sıralarda qərarlaşıblar.

Naxçıvan MR Gənclər və İdman Nazirliyi, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkil etdiyi bilik yarışının sonunda ilk üçlükdə qərarlaşan komandalara və üzvlərinə diplom, fəxri fərman və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: