Dünya paracüdoçuları mayın 25–26-da Bakıda yarışacaqlar. Paracüdo üzrə Qran-Pri turnirinin əhəmiyyəti nəzərə alınaraq Bakıda keçirilməsinə icazə verilib.
Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb.
Turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.
Qran-Pri ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.