FIA yeni yarışın reqlamentini təsdiqləyib

A- A A+

Beynəlxalq Avtomobil Federasiyası (FlA) tarixdə ilk dəfə keçiriləcək elektrik avtomobillərinin yarışının reqlamentini təsdiqləyib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, FIA-nın təlimatları əsasında hazırlanacaq GT3 maşınları xüsusi şərtlər daxilində mübarizə aparacaq. Həmin avtomobillərin sürəti və keyfiyyəti qurum tərəfindən nəzarətə götürüləcək. Yarışda təkcə elektromobillər yox, bu kateqoriyaya daxil olan yanacaqla işləyən maşınlar da mübarizə aparacaq.

Seriyada yarışacaq elektromobillərin çəkisi isə 1490-1530 kiloqram aralığında dəyişəcək. Maşının mühərrikinin gücü isə 430 kilovatt olacaq. Həmin avtomobillər bir neçə saniyəyə 60 faizə qədər enerji toplaya biləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: