“New In Chess Classic”: Şahmatçılarımız turnir cədvəlində 5-6-cı yerləri bölüşürlər

A- A A+

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində daha 5 turun oyunları keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, yarışda Maqnus Karlsen, amerikalı şahmatçılar Uesli So, Leyner Dominqes, rusiyalı Sergey Karyakin, ermənistanlı Levon Aronyan, FIDE-ni təmsil edən Alireza Firuzca, Norveç təmsilçiləri Aryan Tari və Yoxan-Sebastyan Kristyensen, polşalı Yan-Kşıştof Duda, Vyetnam təmsilçisi Le Quanq Lyem və hindistanlılar Vidjit Santos və Rameşbabu Praqnanandha iştirak edir.

Şahmatçımız Ş.Məmmədyarov L.Domingesə, S.Karyakinə və V.Santosa qalib gəlib, Q.Cons ilə heç-heçə edib, L.Lyemə isə uduzub. T.Rəcəbov isə növbəti 5 turda H.Nakamura, A.Firuzca, Y.Duda, U.So ilə heç-heçə edib, R.Praqnanandhaya uduzub. Hər iki şahmatçımız 10 turun nəticəsinə görə, 6 xalla 5-6-cı yerləri bölüşürlər.

Bütün rəqiblərini üstələyən M.Karlsen isə 7 xalla liderliyi ələ keçirib.

Qeyd edək ki, 16 şahmatçının mübarizəyə qatıldığı və mayın 2-dək davam edəcək turnirdə ən güclü 8 şahmatçı pley-offa vəsiqə qazanacaq.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: