Gənclər Nursu kəndindən Ağbulaq kəndinədək 13 km-lik məsafəni piyada qət etdilər - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə gənclərin ekoloji yürüşü təşkil olunub.

Gənclər “Kənddən- kəndə” devizi altında keçirilən yürüşdə Şahbuz rayonunun Nursu kəndindən Ağbulaq kəndinədək 13 km-lik  məsafəni dağ yolu ilə piyada qət ediblər. 80 gəncin iştirak etdiyi yürüyüşdə iştirakçılar yolboyu Şahbuz rayonunun təbiət mənzərələri və flora nümunələri ilə yaxından tanış olublar. Maraqlı və uzun yürüş zamanı gənclər Nursu gölünün ətrafında müxtəlif əyləncəli oyunlarda iştirak edib, fotolar çəkiblər. Psixoloq Əsmər Rzayeva tərəfindən meditasiya təliminin keçirilməsi gəzintini daha yaddaqalan edib.

Məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onlara muxtar respublikanın flora və faunasını tanıtmaq və yürüş idman növünü gənclər arasında kütləviləşdirməkdir.                  

13 km məsafənin sonunda gənclər Ağbulaq kəndində yerləşən eyniadlı istirahət mərkəzinə çatıblar. Mərkəzdə yaradılan şəraitlə tanışlıq olub, gənclər üçün burada nahar yeməyi təşkil olunub.

Gənclər mərkəzdə futbol oyunu təşkil edib, kanat gəzintisi vasitəsi ilə Ağbulaq kəndinin mənzərəsini izləyiblər.

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: