Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda mayın 3-dən 18-dək kişilər, 20-dən 31-dək qadınlar mübarizə aparacaqlar.
Hər iki turnir 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcəkdir. Kişilər arasında Azərbaycan Çempionu Dünya Kubokuna, qadınlar arasında isə şəxsi Avropa Çempionatına vəsiqə qazanacaqlar.
Kişilər arasında Azərbaycan Çempionatının mükafat fondu 15000 (on beş min), qadınlar arasında çempionatın mükafat fondu isə 7000 (yeddi min) AZN təşkil edir.
Turnirlərin əsasnaməsi və yarışın nəticələri ilə aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
http://asf.org.az/az/calendar/1/kisiler-arasinda-azerbaycan-cempionati
http://asf.org.az/az/calendar/2/qadinlar-arasinda-azerbaycan-cempionati