Futbol üzrə Lüksemburq yığması 2022-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisini yeni stadionda qəbul edəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Lüksemburq bələdiyyəsinin sədri Lidi Polfer “Paperjam” nəşrinə açıqlamasında məlumat verib.
“Stade de Luxembourg” arenasının inşasına 76 milyon avrodan çox vəsait xərclənib, azarkeş tutumu isə 9 min 385-dir.
Qeyd edək ki, sentyabrın 1-də keçiriləcək Lüksemburq - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.