Nəsirəddin Tusinin "Əxlaqi-nasiri" əsərinin müzakirəsi olub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu tərəfindən “Görüş yeri”  kafesində Nəsirəddin Tusinin  "Əxlaqi-nasiri" kitabının müzakirəsi keçirilib.

Gənclər Fondunun əməkdaşı Xanım İsmayılova XIII əsr görkəmli Azərbaycan alimi Məhəmməd Nəsirəddin Tusinin həyat və yaradıcılığından bəhs edib.  Bildirilib ki, əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb.

Vurğulanıb ki,  Nəsirəddin Tusi  insanın kamilləşməsində mütailəyə xüsusi önəm verib. Şəxsi kitabxanasında 400 min nəşrin olduğu da bunu təsdiq edir. Tusinin ictimai, iqtisadi, siyasi, əxlaqi, fəlsəfi və tərbiyəvi baxımından xüsusi əhəmiyyətə malik olan  “Əxlaqi-nasiri” əsərinin  müasir dövrdə də öz aktuallığını qoruduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Nəsirəddin Tusinin  "Əxlaqi-nasiri" əsəri Ali Məclis Sədrinin müvafiq Sərəncamı ilə tərtib olunan “Oxunması zəruri olan kitablar” siyahısına daxildir.

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: