Fransanın PSJ futbol klubu ardıcıl olaraq 6-cı, tarixində isə 9-cu dəfə ölkə Superkubokunun qalibi olub.
NUHÇIXAN xəbər verir ki, Çinin "Şençjen Siti" stadionunda keçirilən final qarşılaşmasında Paris komandası "Monako"nu 4:0 hesabı ilə məğlub edib.
Qalib komandanın heyətində Anhel Di Mariya dubl edib, Kristofer Nkunku və Timoti Vea isə hərəyə bir dəfə fərqlənib. Bu, PSJ-nin yeni alman məşqçisi Tomas Tuhel üçün ilk rəsmi matç olmaqla yanaşı, klubun İtaliya "Yuventus"undan transfer etdiyi qapıçı Canluici Buffonun komandada qazandığı ilk mükafat olub.