Azərbaycan şahmatçısı Monteneqroda qələbənin bir addımlığında

A- A A+

Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı uğurlu çıxışını davam etdirir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şahmatçımız 8 turdan 7 xal toplayaraq birinci pillədəki mövqeyini daha da möhkəmləndirib.

Bu gün A.Süleymanlı sonuncu turda fransalı Loic Travadon ilə mübarizə aparacaq.

Doqquz turdan ibarət olan turnirdə 5-i qrossmeyster olmaqla, 16 şahmatçı iştirak edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: