“Barselona” klubunun futbolçusu Aleks Vidal yenidən Sevilyaya qayıdıb.
NUHÇIXAN “lequipe.fr” saytına istinadla xəbər verir ki, futbolçu sabiq komandası ilə dörd illik müqavilə imzalayıb. İyirmi səkkiz yaşlı cinah yarımmüdafiəçisinin keçidinə görə “Sevilya” klubu “Barselona”ya 8 milyon avro ödəyib.
Qeyd edək ki, Aleks Vidal 2014-2015 mövsümündə “Sevilya”nın şərəfini qoruyub.