Beş qadın güləşçimiz Bolqarıstanda “Tokio-2020”yə lisenziya uğrunda mübarizə aparacaq

A- A A+

Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.

NUHÇIXAN İnformasiya Agentliyi Dünya Güləş Birliyinin (UWW) saytına istinadla xəbər verir ki, turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Turnirdə ölkəmizi qadın güləşi yarışlarında Türkan Nəsirova (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (62 kq), Elis Manolova (68 kq) və Gözəl Zutova (76 kq) təmsil edəcəklər.

Qeyd edək ki, qadın güləşçilərimizdən yalnız səkkizqat Avropa çempionu Mariya Stadnik (50 kq) “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Yunan-Roma güləşçilərimizdən isə İslam Abbasov (87 kq) dörd illiyin zirvə yarışında iştirak hüququ qazanıb. Sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) “Tokio-2020”yə vəsiqəni təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: