Kazanda keçiriləcək “Böyük dəbilqə” turnirində 10 cüdoçumuz iştirak edəcək

A- A A+

Rusiyanın Kazan şəhərində mayın 5-də cüdo üzrə “Böyük dəbilqə” turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirdə Azərbaycanın 10 cüdoçusu iştirak edəcək. Belə ki, kişilər arasında keçiriləcək yarışda Davud Məmmədsoy (60 kq), Elçin Hüseynov (66 kq), Nurlan Osmanov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Camal Feyziyev (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

Qadınların yarışında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) güclərini sınayacaqlar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: