“Yuventus”un hücumçusu Kriştiano Ronaldo peşəkar karyerasını “Sportinq”də bitirməyi düşünür.
NUHÇIXAN İnformasiya Agentliyi xarici KİV-lərə istinadla xəbər verir ki, buna görə də, 36 yaşlı portuqaliyalı futbolçu “Yuventus”la yeni müqavilə imzalamaq niyyətində deyil. Futbolçu 2022-ci ilin yayında klubla hazırkı müqaviləsi bitən kimi “Sportinq”ə keçmək istəyir.
Ronaldo 2018-ci ildən "Yuventus"da oynayır. Forvard “Sportinq”in yetirməsidir.
Portuqaliyalı bu mövsüm A seriyasının 30 oyununda 27 qol vurub və 3 məhsuldar ötürmə edib.