Şahmat üzrə Azərbaycan çempionatında ilk gedişlər edilib - VİDEO

869

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, mayın 4-də Naxçıvan şəhərində yerləşən "Gənclik" Mərkəzində şahmat üzrə kişilər arasında keçirilən Azərbaycan çempionatına start verilib.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun şahmat lövhəsi üzərindəki rəmzi gedişləri ilə çempionat start götürüb. Naxçıvan Muxtar Respublikasının ilk dəfə olaraq ev sahibliyi etdiyi çempionatda Azərbaycanın 12 ən güclü şahmatçısı birincilik uğrunda mübarizə aparır.

Ötən gün açılış mərasimi keçirilən kişilər arasında Azərbaycan çempionatına mayın 18-də yekun vurulacaq. Mayın 20-dən 31-dək isə qadınlar arasında Azərbaycan çempionatının görüşləri təşkil olunacaq. Hər iki turnir 12 şahmatçının iştirakı ilə dairəvi sistem üzrə keçiriləcək. Kişilər arasında Azərbaycan çempionu olan Dünya Kubokuna, qadınlar arasında isə qaliblər şəxsi Avropa Çempionatına vəsiqə qazanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: