2 avqust tarixində Qlazqonun (Böyük Britaniya) SSE Hydro arenasında qadın idman gimnastikası üzrə həm gənc, həm də böyük gimnastlar arasında Avropa Çempionatı start götürüb.
NUHÇIXAN xəbər verir ki, 35 ölkədən 137 gimnastın iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri də yer alıb.
Təəssüflər olsun ki, gimnastlarımızdan Marina Nekrasova və Mariya Smirnova çıxışları zamanı zədə aldıqlarından bütün alətlər üzrə proqramlarını tam yerinə yetirə bilməyiblər. Digər gimnastımız Yulia İnşına isə hər 4 alətdə çıxış edib və ən yaxşı nəticəsini dayaqlı tullanmada göstərərək, 21-ci olub (12.816 xal).