“Naxçıvanı tanıyaq” devizi altında yola çıxan gənclər Kəngərli rayonundakı muzeylərlə tanış olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gənclər “Naxçıvanı tanıyaq” devizi ilə Kəngərli rayonundakı muzeyləri ziyarət ediblər.
Kəngərli Rayon Tarix-Diyarşünaslıq muzeyində gənclərə qədim məişət əşyaları, saxsı qab nümunələri, kənd təsərrüfatı alətləri barədə məlumat verilib.
Şahtaxtınskilər Muzeyində olan qonaqlara bildirilib ki, burada Şahtaxtınskilər nəslinə aid olan şəxsiyyətlərin həyat və fəaliyyətini özündə əks etdirən məlumatlar, arxiv materialları, əlyazmalar, kitablar və şəxsi əşyalar nümayiş olunur. Ekskursiya çərçivəsində gənclər yenidən bərpa olunan Şahtaxtı hamamı ilə də tanış olublar
Türk-İslam Mədəniyyəti incilərindən olan Qarabağlar Türbə Kompleksini ziyarəti zaman gənclər türbənin tarixi, memarlıq quruluşu barədə məlmatlandırılıb. Diqqətə çatdırılıb ki, İslam Mədəniyyəti incilərindən olan Qarabağlar türbəsinin 12-ci əsrin sonu 13-cü əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Azərbaycan xatirə memarlığının mütərəqqi ənənələrini yaşadan bu abidə memarlıq quruluşuna görə Əcəmi Naxçıvani memarlıq məktəbinin davamı, memar Əhməd Naxçıvani yaradıcılığının nümunəsi hesab olunur.
Röyal Kərimov