Şahmat üzrə Azərbaycan çempionatında ikinci turun oyunları keçirilib - VİDEO

A- A A+

Şahmat üzrə Azərbaycan çempionatında mübarizə davam edir. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatda 2-ci turun oyunlarına yekun vurulub. Bu mərhələdə beynəlxalq usta Kənan Qarayev beynəlxalq qrossmeyster Eltac Səfərliyə, beynəlxalq qrossmeyster Misrətdin İsgəndərov beynəlxalq usta Məhəmməd Muradlıya, beynəlxalq qrossmeyster Fərid Abbasov beynəlxalq qrossmeyster Vasif Durarbəyliyə, beynəlxalq usta Abdulla Qədimbəyli beynəlxalq usta Aydın Süleymanlıya, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev beynəlxalq qrossmeyster Nicat Məmmədova, beynəlxalq qrossmeyster Vüqar Əsədli isə beynəlxalq qrossmeyster Nicat Abasova qarşı mübarizə aparıb. 

Turun yekun nəticələrinə gəldikdə isə zəka sahiblərinin duelindən beynəlxalq qrossmeyster Vasif Durarbəyli, beynəlxalq qrossmeyster Nicat Məmmədov və beynəlxalq usta Aydın Süleymanlı qalib ayrılan tərəf olub. Digər qarşılaşmalar heç-heçə bitib.
                                      
Qeyd edək ki, kişi şahmatçıların mübarizə apardığı çempionatda qalib gələcək zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək.
                                                                                        

Azər Zeynalov
                                

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: