UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bu ada İngiltərənin "Çelsi" klubundan N Qolo Kante, Kay Haverts və "Mançester Siti"dən Ruben Diasla Riyad Mahrez iddia edir.
Kante evdə İspaniyanın "Real Madrid" komandasını 2:0 hesabı ilə məğlub etdikləri oyunda 88 faiz dəqiq ötürmə ilə oynayıb. Haverts həmin matçda məhsuldar ötürmə ilə yadda qalıb.
Mahrez Fransa PSJ-in eyni hesabla yendikləri görüşdə hər iki qolun müəllifi olub. Dias isə 92 faiz dəqiq ötürmə verib və iki dəfə rəqib oyunçu ilə mübarizədən qalib ayrılıb.
Qeyd edək ki, Qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək.