Sərbəst güləşçilərimiz dünya Olimpiya təsnifat turnirində mübarizəyə başlayırlar

A- A A+

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə dünya Olimpiya təsnifat turniri start götürəcək.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin birinci günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaqlar. Millimizin 3 üzvü "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün xalça üzərinə çıxacaq.

Sərbəst güləşçilərimizdən Georgi Edişeraşvili (57 kq) Otari Qoqava (Gürcüstan), Abubakr Abakarov (86 kq) israilli Uri Kalaşnikov, Vahid Qalayev (125 kq) isə İspaniya təmsilçisi Xose Kuba Vaskes ilə qarşılaşacaq.

Görüşlər hər gün Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Lisenziya sahiblərini müəyyənləşdirən yarımfinal qarşılaşmaları isə saat 20:00-da start götürəcək.

Sərbəst güləşçilərimiz 65, 74 və 97 kiloqram çəki dərəcələrində Olimpiadaya vəsiqə ilə təmin ediliblər. Belə ki, Şərif Şərifov (97 kq) sonuncu dünya çempionatında, Hacı Əliyev (65 kq) və Hacımurad Hacıyev (74 kq) isə Avropa Olimpiya təsnifat turnirində bu vəzifənin öhdəsindən gəliblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: