UNEC: Ulu Öndərə həsr olunan şahmat turnirinin qalibləri bəlli oldu

A- A A+

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan onlayn şahmat turniri keçirilib.

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə universitetdən məlumat verilib. Bildirilib ki, “Chess.com” saytı üzərindən təşkil olunan turnirdə 27 tələbə qələbə uğrunda mübarizə aparıb.

Sonda Biznes və menecment fakültəsinin tələbəsi Elvin Əliyev yarışın qalibi olub. İkinci yerə Mühəndislik fakültəsindən Zaur Həsənov, III yerə isə Beynəlxalq İqtisadiyyat Məktəbindən Elgün Abdullayev çıxıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: