Şahmat üzrə Azərbaycan çempionatında 3-cü turun oyunlarına yekun vurulub - VİDEO
Kişi şahmatçıların mübarizə apardığı çempionatın növbəti oyun günündə bir-birindən maraqlı görüşlər keçirilib. NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu mərhələdə beynəlxalq qrossmeyster Vüqar Əsədli-beynəlxalq usta Aydın Süleymanlı ilə, beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev beynəlxalq qrossmeyster Nicat Abasovla, beynəlxalq usta Kənan Qarayev beynəlxalq qrossmeyster Nicat Məmmədovla, beynəlxalq qrossmeyster Fərid Abbasov beynəlxalq qrossmeyster Eltac Səfərli ilə, beynəlxalq qrossmeyster Misrətdin İsgəndərov beynəlxalq qrossmeyster Vasif Durarbəyli ilə, beynəlxalq usta Abdulla Qədimbəyli isə beynəlxalq usta Məhəmməd Muradlı ilə qarşılaşıb.
3-cü turun yekun nəticələrinə əsasən zəka sahiblərinin mübarizəsindən beynəlxalq qrossmeyster Nicat Abasov və beynəlxalq usta Məhəmməd Muradlı qalib ayrılıb. Digər görüşlər isə heç-heçə yekunlaşıb.
Xatırladaq ki, kişilər arasında keçirilən çempionata mayın 18-i yekun vurulacaq.
Azər Zeynalov