Bu gün millimiz Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq

A- A A+

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Gürcüstanda təşkil olunacaq birinci dövrənin oyunlarında “F” qrupunda yer alan yığmamız meydan sahibləri ilə yanaşı, Monteneqro və Yunanıstan komandaları ilə qarşılaşacaq.

Millimiz bu gün keçirəcəyi birinci oyununda Monteneqro seçməsini sınağa çəkəcək.

Mayın 8-də Azərbaycan-Gürcüstan, ertəsi gün isə Yunanıstan-Azərbaycan oyunları keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: