Gənclər Heydər Əliyev muzeyində olublar - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə bir qrup gənc Naxçıvan şəhərindəki Heydər Əliyev muzeyini ziyarət ediblər.

Muzey bələdçisi  ümummilli liderin həyatı və onun ictimai-siyasi fəaliyyəti barədə  danışıb,  muzeydə sərgilənən dəyərli eksponatlarla gəncləri tanış edib. İştirakçılara ümummilli liderin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, dahi rəhbərin Naxçıvan Muxtar Respublikası  Ali Məclisinin Sədri olarkən imzaladığı qərarlar, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib. Muzeydə sərgilənən eksponatlar gənclər tərəfindən maraqla izlənilib, onları maraqlandıran suallar  cavablandırılıb.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini əks etdirən muzey 10 may 1999-cu ildən fəaliyyət göstərir. 5200-ə yaxın  eksponatın nümayiş və mühafizə olduğu muzeydə “Xalqımla həmrəyəm”, “Qayıdış”,  “Naxçıvan yaşayır və döyüşür” bölmələri təşkil olunub. Muzeyin kitabxanasında ümummilli liderin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar mühafizə və nümayiş olunur.

 

Xosrov İbrahimov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: