Azərbaycan taekvondoçuları Avropa təsnifat turnirində mübarizəyə başlayırlar

A- A A+

Mayın 7-də Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinə start verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışın birinci günündə iki taekvondoçumuz - 49 kiloqram çəki dərəcəsində Patimat Abakarova və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxacaqlar. Hər iki taekvondoçumuzun birinci görüşdə rəqibləri Rumıniya idmançıları olacaqlar. P.Abakarova Liana Musteata, F.Əzizova isə Andreea Mocanu ilə qarşılaşacaqlar.

Kişi taekvondoçumuz Radik İsayev (+80 kq) mübarizəyə mayın 8-də başlayacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: